01.07.2025-ci il tarixdə Günəşli qəsəbəsində səyyar qəbul keçirilib.
01 iyul 2025 | 18:45
1 iyul 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Günəşli qəsəbəsində vətəndaşlarla səyyar qəbul-görüş keçirib.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Ənənəyə uyğun olaraq tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən bu cür səyyar qəbulların əsas məqsədinin vətəndaşların qayğı və problemlərinin yerində dinlənilməsi və operativ həlli olduğunu qeyd edib.
Daha sonra sakinlərin sosial təminat, məşğulluq, kommunal xidmətlər, yol infrastrukturu və digər sahələri üzrə qaldırdıqları müraciətlər dinlənilib, qeydiyyata alınıb. Həmin məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulun sonunda sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.







