Şriftin ölçüsü :

Saytın rəngi :

02 dekabr 2025-ci il tarixdə Sarı-Su qəsəbəsində səyyar qəbul keçirilib

02 dekabr 2025 | 17:36
Dekabrın 2-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Sarısu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Qəbulda rayon rəhbəri ilə birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyət dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.
 
Qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
 
Daha sonra Əziz Əzizov çıxış edərək ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq keçirilən səyyar qəbul və görüşlərin əsas məqsədinin vətəndaşların problemlərini yerində öyrənmək, mövcud məsələlərin operativ şəkildə həllinə nail olmaq olduğunu diqqətə çatdırıb. O, həmçinin Beyləqan rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, infrastruktur layihələri və rayonun qarşıdakı hədəfləri barədə məlumat verib.
 
Səyyar qəbul zamanı qəsəbə sakinləri müxtəlif sahələr üzrə müraciətlərini səsləndiriblər. Hər bir müraciət diqqətlə dinlənib, yerində həlli mümkün olan məsələlər operativ şəkildə araşdırılaraq izahat verilib, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
 
Sarısu qəsəbəsinin sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər