02.07.2025-ci il tarixdə Beyləqanda vətəndaşların növbəti qəbulu keçirilib.
02 iyul 2025 | 16:12
İyulun 2-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbulda rayon rəhbəri tərəfindən vətəndaşlar fərdi qaydada dinlənilib, sakinlərin hər bir müraciəti diqqətlə araşdırılıb, həlli mümkün olan məsələlərlə bağlı yerindəcə müvafiq tapşırıqlar verilib, digər müraciətlər isə nəzarətə götürülərək icrası ilə bağlı aidiyyəti qurumlara yönləndirilib. Qəbulda başçının müavinləri, struktur bölmə rəhbərləri və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Sakinlər ölkədə və bölgədə həyata keçirilən sosial yönümlü siyasətə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







