Şriftin ölçüsü :

Saytın rəngi :

04 mart 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirilib.

04 mart 2026 | 12:45
4 mart 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib. Vətəndaş qəbulunda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə onun müavinləri, şöbə və sektor müdürləri, ayrı-ayrı dövlət qurumlarının aidiyyəti şəxslər, icra nümayəndələri və bələdiyyələr iştirak etmişdir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun müxtəlif yaşayış məntəqələrindən müraciət edən hər bir vətəndaşı qəbul edib, onların müxtəlif məzmunlu müraciətlərini dinləyib. Vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun izahatlar verilmiş, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
 
Qəbulda iştirak edən vətəndaşlar yaradılan şəraitə görə təşəkkür edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər