05 fevral 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti vətəndaş qəbulu keçirib.
05 fevral 2025 | 16:27
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.
05 Fevral 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın məsul işçilərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə 53 nəfər rayon sakinini qəbul edib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların qaldırdıqları bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerindəcə tapşırıqlar verilmiş, fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulmuşdur.
Qəbulda iştirak edən rayon sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.