Şriftin ölçüsü :

Saytın rəngi :

05 may 2026-cı il tarixdə Əlinəzərli kəndində növbəti səyyar qəbul keçirilib

05 may 2026 | 18:15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, problemlərin yerində öyrənilərək operativ həllinin təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun səyyar vətəndaş qəbulları davam etdirilir. Növbəti səyyar qəbul 5 may 2026-cı il tarixdə rayonun Əlinəzərli kəndində keçirilib.
 
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
 
Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Beyləqan rayonunda aparılan abadlıq-quruculuq işləri, infrastrukturun yenilənməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edərək, həyata keçirilən bütün işlərin vətəndaş məmnunluğuna xidmət etdiyini vurğulayıb.
 
Daha sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə qeydiyyata alınıb.
 
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər