Şriftin ölçüsü :

Saytın rəngi :

05 noyabr 2024-cü il tarixdə Rayonun Yuxarı Kəbirli kəndində səyyar qəbul keçirildi.

06 noyabr 2024 | 12:10
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 5 noyabr 2024-cü il tarixdə Yuxarı Kəbirli kəndində səyyar qəbul keçirib.
 
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
 
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Kənd sakinlərini salamlayan RİH başçısı Əziz Əzizov Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Rayon rəhbəri daha sonra kənd sakinlərindən müraciətlərini ünvanlamağını xahiş etdi.
 
Görüşdə kənd sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb.
 
Müraciətlərin bəziləri araşdırılaraq lazımi izahatlar verilmiş, həlli vaxt tələb edən digər məsələlər qeydiyyata alınaraq rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Yuxarı Kəbirli kənd sakinləri keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər