Şriftin ölçüsü :

Saytın rəngi :

05 noyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.

05 noyabr 2025 | 12:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən 5 noyabr 2025-ci il tarixində keçirilən vətəndaş qəbulunda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak edib.
 
İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
 
Qəbulda iştirak edən rayon sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər