06 mart 2025-ci il tarixdə Rayonun Türklər kəndin səyyar qəbul keçirilib.
07 mart 2025 | 21:55
07 mart 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Türklər kənd sakinləri ilə keçirdiyi qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
RİH başçısı Əziz Əzizov çıxış edərək respublikamızın, o cümlədən Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
Daha sonra qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib. Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.