Şriftin ölçüsü :

Saytın rəngi :

06 may 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.

06 may 2026 | 12:43
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİH-in inzibati binasında rayon sakinlərini qəbul edib. Qəbulda icra başçısı ilə birgə, müavinlər, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Qəbul növbəlilik prinsipi əsasında təşkil olunub, şəhid ailələri və digər həssas kateqoriyaya aid vətəndaşlar növbədənkənar qəbul ediliblər. Vətəndaşların müraciətləri Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlər üzrə zəruri izahatlar verilib.
 
İcra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verilib, digər müraciətlərlə əlaqədar aidiyyəti qurumlara konkret tapşırıqlar ünvanlanıb.
 
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər