Şriftin ölçüsü :

Saytın rəngi :

07 avqust 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.

07 avqust 2024 | 19:08
RİH başçısı Əziz Əzizov İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu həyata keçirib.
 
Aparat nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə ümumilikdə 76 nəfər vətəndaş qəbul edilərək, onları narahat edən məsələlərə aydınlıq gətirilib, müraciət və təklifləri dinlənilib.
 
Qəbulda vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən müxtəlif məsələlər isə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
 
Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər