Şriftin ölçüsü :

Saytın rəngi :

07 iyul 2026-cı il tarixdə Beyləqan rayonu Eyvazalılar kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

07 iyul 2026 | 16:27
Vətəndaş müraciətlərinin yerində araşdırılması, qaldırılan məsələlərin operativ həllinin təmin edilməsi məqsədilə Beyləqan rayonunda səyyar vətəndaş qəbulları mütəmadi olaraq davam etdirilir.
Bu məqsədlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Eyvazalılar kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
 
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak ediblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş məmnunluğunun dayandığını bildirib.
 
Qeyd olunub ki, sakinlərlə mütəmadi keçirilən səyyar qəbulların əsas məqsədi vətəndaşların müraciətlərini yerində dinləmək, onları narahat edən məsələləri operativ şəkildə araşdırmaq və həlli istiqamətində zəruri tədbirlər görməkdir.
 
Səyyar qəbul zamanı vətəndaşların müraciət, təklif və problemləri diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, icrası əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq müvafiq qurumlara icrası ilə bağlı tapşırıqlar verilib.
 
Sakinlər onlara göstərilən diqqət və qayğıya, müraciətlərinin dinlənilməsi və həlli istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər