08 aprel 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüşü Bahar qəsəbəsində keçirib.
08 aprel 2025 | 18:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun rayonun kənd və qəsəbələrində səyyar qəbulları davam etdirilir.
RİH başçısının növbəti səyyar görüşü təsdiq edilmiş qrafikə uyğun olaraq aprelin 8-də rayonun Bahar qəsəbə sakinləri ilə keçirilib.
Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və xidməti təşkilatlarının rəhbər şəxsləri, RİH başçısının müavinləri və şöbə müdirləri də iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini salamlayıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən, eləcə də rayonda son zamanlarda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Əziz Əzizov bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində qanunamüvafiq tədbirlər görmək olduğunu bildirib və sakinlərdən onları narahat edən məsələlərlə bağlı çıxış etmələrini xahiş edib.
Sakinlərin müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Həlli vaxt tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bahar qəsəbə sakinləri müraciətlərinə həssaslıqla yanaşıldığına görə təşəkkür edərək, yaradılan şəraitə görə Ölkə Prezidenti İlham Əliyev cəbablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.