Şriftin ölçüsü :

Saytın rəngi :

08 aprel 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.

08 aprel 2026 | 14:03
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə operativ və obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.
 
8 aprel 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın məsul işçilərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib.
 
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
 
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində göstərişlər verilib, bəzi müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.
Keçidlər