Şriftin ölçüsü :

Saytın rəngi :

08 oktyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.

08 oktyabr 2025 | 12:35
Beyləqan rayonunda vətəndaşların müraciətlərinə operativ və yerində baxılması, onların qayğı və problemlərinin dinlənilməsi məqsədilə mütəmadi olaraq qəbullar keçirilir. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu qəbullar vətəndaşların dövlət orqanlarına birbaşa müraciət imkanlarını genişləndirir, qaldırılan məsələlərin həlli baxımından mühüm əhəmiyyət daşıyır.
 
8 oktyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında növbəti olaraq vətəndaşları qəbul edib. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, həmçinin rayonun müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
 
Sakinlər tərəfindən səsləndirilən problemlərin bir qismi yerindəcə həllini tapıb, qanunamüvafiq izahatlar verilib, digərlərinin araşdırılması və icrası üçün aidiyyəti qurumlara göstərişlər verilib.
 
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, müraciətlərinə həssas yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər