Şriftin ölçüsü :

Saytın rəngi :

08 yanvar 2025-ci il tarixdı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon vətəndaşlarını qəbul edib.

08 yanvar 2025 | 13:17
8 yanvar 2025-ci il tarixdə icra hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavini, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
 
Qəbul zamanı ümumilikdə 32 vətəndaşın müraciəti qeydiyyata alınaraq qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, problemlərinin qanunamüvafiq həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlar verilib.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər