Şriftin ölçüsü :

Saytın rəngi :

08.04.2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.

08 aprel 2025 | 14:48
Gənclər Mərkəzində keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Şərqi Zəngəzur Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Tofiq Bayramov,rayon prokuroru Ramazan Hadiyev, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəsi Vidadi Qurbanov,Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin sədri Müşviq Səfərov, sahibkarlar və vətəndaşlar iştirak etmişdir.
 
İcra başçısı Əziz Əzizov çıxış edərək Korrupsiyaya qarşı mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən işlərdən bəhs etmiş,korrupsiya hüquqpozmalarına qarşı ciddi mübarizə aparıldığını bildirmişdir.
 
Digər çıxış edənlər də korrupsiyanın cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri olduğunu,iqtisadi və sosial tərəqiyyə ciddi təhlükə yaratdığını qeyd etmiş,korrupsiyanın sosial iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirmiş və korrupsiyaya qarşı mübarizədə hər kəsi fəal iştirak etməyə, bu mövzuda diqqətli və həssas olmağa dəvət etmişlər.
Keçidlər