09 yanvar 2025-ci il tarixdə Rayonun Mayak qəsəbəsində səyyar qəbul keçirilib.
09 yanvar 2025 | 19:07
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 09 yanvar 2025-ci il tarixdə Mayak qəsəbəsində səyyar qəbul keçirib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavini və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
RİH başçısı Əziz Əzizov çıxış edərək respublikamızın, o cümlədən Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
Rayon rəhbəri daha sonra sakinlərdən müraciətlərini səsləndirməyi xahiş etdi.
Görüşdə qəsəbə sakinləri tərəfindən müxtəlif müraciət, təkliflər ünvanlanıb.
Müraciətlərin bəziləri yerindəcə araşdırılaraq lazımi izahatlar verilmiş, həlli vaxt tələb edən digər məsələlər qeydiyyata alınaraq rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəsəbə sakinləri keçirilən səyyar qəbuldan razılıqlarını ifadə edərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.