09.07.2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
09 iyul 2025 | 13:30
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirib.
Vətəndaşlar əhalinin problemlərinin həlli istiqamətində görüləş işlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







