Şriftin ölçüsü :

Saytın rəngi :

1 oktyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti vətəndaş qəbulu keçirib.

01 oktyabr 2025 | 12:47
1 oktyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı Beyləqan RİH başçısı müavinləri, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
 
Qəbulda iştirak edən sakinlərə qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlər üzrə tapşırıqlar verilib, digər məsələlərlə bağlı isə aidiyyəti qurumlara müraciət etmələri tövsiyə edilib.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər