10 dekabr 2024-cü il tarixdə rayonun Xaçınabad kəndində səyyar qəbul keçirilib.
11 dekabr 2024 | 10:08
Təsdiq olunmuş qrafikə uyğun olaraq 10 dekabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov rayonun Xaçınabad kəndində vətəndaşları səyyar qəbul edib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
RİH başçısı Əziz Əzizov kənd əhalisi salamlayaraq keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu bildirmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır.
Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayıblar. Rayon rəhbəri edilən müraciətlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Xaçınabad kənd sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.