Şriftin ölçüsü :

Saytın rəngi :

10 dekabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu həyata keçirilib.

10 dekabr 2025 | 12:17
Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda başçının müavinləri, şöbə müdirləri, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Görüş zamanı Əziz Əzizov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onları narahat edən məsələləri öyrənib və hər bir müraciət üzrə operativ şəkildə aidiyyəti üzrə tapşırıqlar verib.
 
Qaldırılan məsələlərin hüquqi izahı sakinlərə təqdim edilib, İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan problemlərin həlli istiqamətində konkret göstərişlər verilib. Digər mövzularla bağlı isə vətəndaşlara müvafiq dövlət qurumlarına müraciət etmələri tövsiyə olunub.
 
Sonda sakinlər göstərilən diqqətə, qayğıya və problemlərinin həllinə göstərilən həssas münasibətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər