10 sentyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib
10 sentyabr 2025 | 12:57
Ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların müraciətlərinin operativ şəkildə dinlənilməsi və qanunvericilik çərçivəsində həllinə nail olunması məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib.
Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Vətəndaşlar növbəlilik əsasında qəbul olunub, şəhid ailələri və qazilər isə növbədənkənar dinlənilib.
Müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verilib.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.







