Şriftin ölçüsü :

Saytın rəngi :

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.

29 dekabr 2014 | 16:00

29 dekabr 2014-cü il tarixdə Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin Mədəniyyət Sarayında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni-2015-ci il münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon fəalları, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri iştirak etmişlər.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək tədbir iştirakçılarını “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibəti ilə təbrik etdi.Cənab V.İ.Abdullayev 2014-cü ildə ölkəmizdə və eləcə də Beyləqanda görülmüş işlərdən, uğurlardan ətraflı bəhs etdi.
Sonra cənab V.İ.Abdullayev 2014-cü ildə rayonumuzda fərqlənən idarə, müəssisələrin əmək kollektivlərinə, idmançılara, müəllimlərə Beyləqan rayon İcra hakimiyyətinin fəxri fərmanlarını və pul mükafatı təqdim etdi.
Bayram tədbiri Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı bayram konserti ilə sona çatmışdır.

Keçidlər