20 Yanvar şəhidlərinin xatirəsi Beyləqan rayonunda da anıldı.
19 yanvar 2015-ci il tarixdə respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anıldı.
Beyləqan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, İcra hakimiyyətinin aparat işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissələrin əsgər və zabitləri, vergi işçiləri, polis işçiləri və əməkdaşları, idarə, müəssisə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranlar, ağsaqqallar, mətbuat işçiləri şəhərimizin 20 Yanvar küçəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə toplaşmışlar.Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsinə dualar oxundu.
Beyləqan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsindən 25 il ötməsinə baxmayaraq xalqımız həmişə şəhidlərimizi xatırlayır.
Çıxışında Vaqif Abdullayev 25 il öncə SSRİ höküməti və o vaxt ki, Azərbaycan rəhbərliyinin xəyanətkarlığı nəticəsində törənmiş 20 Yanvar faciəsindən ətraflı danışdı.Qeyd etdi ki, 20 Yanvarı bütövlükdə xalqın milli ideyaları uğrunda şanlı mübarizəsini, bu yolda hər cür mərhumiyyətə sinə gərmək əzmini özündə təcəssüm etdirən gün kimi səciyyələndirir.Yalnız Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştiraı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayət törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Vaqif Abdullayev 20 Yanvar şəhidlərinə göstərilən dövlət qayğısından da söz açdı.Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ənənəyə sadiq olaraq 20 Yanvar hadisələri zamanı Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin adnın əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sərəncamlar imzalamışdır.
Sonra tədbir iştirakçıları Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə hazırladıqları “Qan qılınca qalib gəldi” ədəbi-bədii kompoziyasına baxmışlar.