Beyləqan rayonunda “Veteranlar parkı”nın açılış mərasimi oldu.
22 yanvar 2015-ci il tarixdə şəhərimizin mərkəzində “Veteranlar parkı”nın açılış mərasimi oldu..Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, əmək veteranları, şəhər, kənd və qəsəbə ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.Sonra tədbir Veteranlar parkında davam etmişdir.
Cənab Vaqif Abdullayev çıxışında qeyd etmişdir ki, Ümumilli Lider Heydər Əliyev əməkçi insanların zəhmətini həmişə qiymətləndirmişdir.Bunun bariz nümunəsidir ki, Beyləqanda Sərdar İmrəliyev, Sevil Qazıyevə, Əhməd Əhmədov, Bahadur Hüseynov, Rəşid İmanov və onlarla başqa əmək qəhrəmanlarının adlarını fəxrlə çəkirik və onlarla fəxr edirik.Bu parkı inşa etməkdə məqsədimiz odur ki, əməkçi insanların və veteranların istirahətləri daha yaxşı və xoş keçsin.