“Gənclər günü” Beyləqan rayonunda qeyd edilmişdir.
2 fevral 2015-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən fəaliyyət göstərən Gənclər Mərkəzində “Gənclər Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirə rayonun aktiv gəncləri, idarə, müəssisə rəhbərləri, yeniyetmələr, idmançılar dəvət olunmuşlar.Tədbir iştirakçıları əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevlə birlikdə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbiri cənab Vaqif Abdullayev giriş sözü ilə açaraq gəncləri bu gün münasibətilə təbrik etmişdir.Vaqif Abdullayev gənclərə göstərilən diqqət və qayğının ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir.Bu diqqət və qayğının davamı Heydər Əliyev kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda rayonun ictima-siyasi həyatında fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim olundu.