Beyləqan rayonunda “Xocalı” soyqırımının 23-cü ildönümü anıldı.
26 fevral 2015 | 16:00
26 fevral 2015-ci il tarixdə Beyləqan rayonu Bayraq meydanında “Xocalı” soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.Meydanda faciəni təsvir edən foto-sərgilər düzülmüşdür.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları, rayonun ümumtəhsil məktəblərinin nümayəndələri, müəllimlər, şagirdlər, mətbuat işçiləri ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışlar.