Süni qiymət artımı ilə bağlı sahibkarlarla görüş keçirilmişdir.
04 mart 2015 | 16:00
04 mart 2015-ci ildə Gənclər Mərkəzində istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə Beyləqan rayon İcra hakimiyyətinin rəhbərliyi ilə yaradılmış komissiyanın sahibkarlarla görüşü olmuşdur.Görüşdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə və kənd Ərazi İcra Nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən sahibkarla iştrak etmişdir.Görüşdə cənab Vaqif Abdullayev rayonun istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə rayonda aparılan işlər barədə çıxış etmişdir.