Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Novruz” bayramı təntənə ilə qeyd olundu

18 mart 2015 | 16:00

Respublikamızın hər yerində olduğu kim rayonmuzdada xalqımız üçün əziz olan Novruz bayramı təntənə ilə qeyd olundu.
18 mart 2015-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin qarşısındakı Bayraq Meydanı bayram sayağı bəzədilmişdi. Bayram tədbirinə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev , rayonun hüquq mühafizə orqanların rəhbərləri, idarə müəsisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun kənd və qəsəbə ərazi nümayəndələri bələdiyyə sədirləri qatılmışlar. Bayram şənliyində rayonun kənd və qəsəbələrindən gəlmiş insanla Novruz adət ənənələrini əks etdirən süfrələr açmışlar.
Əvvəlcə   Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev şənlik iştirakçlarının alqışları ilə Novruz tonqalını alışdırdı sonra cənab Vaqif Abdullayev çıxış edərək  Novruz bayramı münasibəti ilə şənlik iştrakçlarını salamladı və təbrik etdi. Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və şənlik iştrakçıları Novruz şənliyinə qatıldılar.
Bayram şənliyi rayon Mədəniyyət və Turizim Şöbəsinin ahzrladığı novruz konserti ilə davam etdirildi. Tədbiri Kosa, Keçəl, Bahar qızı, Uzun-Gödək və kəndirbazın oyunları dahada şənləndirdi.

Keçidlər