Şriftin ölçüsü :

Saytın rəngi :

11 dekabr 2023-cü il tarixdə Beyləqan rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.

11 dekabr 2023 | 17:22
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Şəfəq qəsəbəsi ərazisində magistral yolun sağ-sol hissəsində 150 eldar şamı, 50 sərv ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunmasını və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.
Keçidlər