Şriftin ölçüsü :

Saytın rəngi :

11 fevral 2025-ci il tarixdə Yuxarı Çəmənli kəndində sakinlərlə səyyar qəbul keçirilib.

11 fevral 2025 | 19:47
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun yaşayış məntəqələrində səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq davam etdirilir.
 
11 Fevral 2025-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Çəmənli kəndində sakinlərlə səyyar qəbul keçirib.
 
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq-mühafizə orqanlarının rəhbərləri,RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
 
İcra başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Beyləqan rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.
 
Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.
 
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər