11 mart 2025–ci il tarixdə Rayonun Qaradağlı kəndində səyyar qəbul keçirilib.
11 mart 2025 | 22:37
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq 11 mart 2025–ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaradağlı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, xidməti təşkilatların rəhbərləri də iştirak ediblər.
Qəbulda öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
İcra Hakimiyyətinin başçısı Əziz Əzizov cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikamızın bütün bölgələrində, o cümlədən Beyləqan rayonunda artan sosial-iqtisadi inkişafdan, infrastrukturun yaxşılaşdırılmasından danışıb, görülən işlərin bundan sonra da davam edəcəyini vurğulayıb.
Daha sonra İcra başçısı kənd sakinlərindən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi.
RİH başçısı Əziz Əzizov qəbul zamanı müraciət edən kənd sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Qaradağlı kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər.
Qəbul Yel çərbənbəsinə təsadüf etdiyi üçün tədbirdən sonra icra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri sakinlərlə birgə adət-ənənələrimizə uyğun olaraq tonqal ətrafında çərşənbəni qeyd etdilər.
Tonqalı şəhid Rəşid Tahirovun atası Loğman Tahirov yandırdı.
Rayon rəhbəri sakinləri çərşənbə bayramı münasibətilə təbrik edib, bayram əhval ruhiyyəli günlər arzuladı.
Tonqalın ətrafında rayon Mədəniyyət nümayəndəliyinin əməkdaşlarının ifasında milli musiqilər səsləndirildi.