11 noyabr 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.
11 noyabr 2026 | 13:03
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə müavinləri, şöbə və sektor müdirləri, həmçinin rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı RİH başçısı Əziz Əzizov tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılıb.
Sakinlərə qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunub, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin operativ həlli üçün yerində qərarlar qəbul edilib. Digər məsələlərlə bağlı isə vətəndaşlara müvafiq qurumlara müraciət etmələri tövsiyə olunub.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







