31 mart azərbaycanlıların soyqırımı günü Beyləqan rayonunda anıldı.
30 mart 2015-ci il tarixdə Soyqırım abidə kompleksinin önündə 31 mart azərbaycanlıların oyqırımı günü münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, və təşkilat rəhbərləri, rayonumuzda fəaliyyəət göstərən ümumtəhsil ocaqlarının şagird və müəllim kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri iştirak etmişlər.Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənaab Vaqif Abdullayev tədbiri açıq elan etdi və 31 mart soyqırımı qurbanlarını xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını bildirdi.Sonra cənab Vaqif Abdullayev son 200 ildən bəri erməni vəhşiliyindən söz açdı.Onların törətdiyi soyqırımlardan bəhs etdi.Qeyd etdi ki, bu mənfur siyasətin azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erəni tarixçilərinin uydurduqları saxta “Böyük Ermənistan” dövləti yaratmaq məqsədində bəhs etdi.
Cənab Vaqif Abdullayev çıxışında qeyd etdi ki, Ümumilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə 2-ci dəfə qayıdandan sonra 31 mart azərbaycanlıların soyqırımı günü haqqında 1998-ci il 26 mart tarixli Sərəncamı imzalamışdır.Elə həmin ildən hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Sonra tədbir iştirakçıları “Soyqırım” abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirələrini ehtiramla yad etdilər.