Beyləqan rayonunda Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günü keçirildi.
8 aprel 2015-ci il tarixdə Birinci Şahsevən kəndində Sovetİttifaqı qəhrəmanı Gəray Əsədovun ev muzeyində qəhrəmanın anım günü keçirildi.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, kənd, qəsəbə ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, məktəblilər, müharibə veteranları, mətbuat işçiləri iştirak etmişlər.
Tədbir başlamazdan əvvəl Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri Sovet İttifaqı Gəray Əsədovun büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Cənab Vaqif Abdullayev daha sonra çıxış edərək 1941-1945-ci illər müharibəsində Sovet İttifaqının alman-faşist işğaıçılarından azad olunmasında Azərbaycanın igid oğul və qızları da yaxından iştirak etmişlər.Bunlardan Gəray Əsədov da böyük şücaət və qəhrəmanlıq göstərərək düşmənə ciddi itki vermişdir.
Tədbirin sonunda Birinci Şahsevən kənd tam orta məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər