Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd kəndində sakinlərlə görüş keçirilmişdir.

09 aprel 2015 | 15:00

Beyləqan rayonu İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin 09 aprel 2015-ci il tarixdə Təzəkənd kənd inzibati ərazi dairəsində Təzəkənd kənd və Bolsulu qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri, Təzəkənd və Bolsulu qəsəbə sakinləri iştirak etmişlər. Görüşü  giriş nitqi ilə Beyləqan  Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasəti, ölkə əhalisinə xüsusi ilə də qaçqın və məcburi köçkünlərə, eləcə də  aztəminatlı ailələrə göstərilən qayğını qeyd etdi və  kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən danışdı. Görüş zamanı cənab Vaqif Abdullayev kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli ilə əlaqədar adiyatı orqanlara tapşırıqlarını vermişdir.
Keçirilmiş görüşdə  kənd sakinləri və ağsaqqallar   kənddə onlar üçün yaradılmış şəraitə görə başda cənab prezident  İlham Əliyev və rayon rəhbərliyinə  bir daha öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Təzəkənd kənd inzibati ərazi dairəsi 2 yaşayış məntəqəsini- Təzəkənd kəndi və Bolsulu qəsəbəsini əhatə edir. İnzibati ərazi dairəsinin ərazisi 4055 hektar, o cumlədən Təzəkənd kəndi 3189 ha, Bolsulu qəsəbəsi isə 866 ha-dır. Əhalisi 4030 nəfərdir. İnzibati ərazi dairəsində 65 qaçqın və 618 məcburi köçkün məskunlaşmışdır.
Yaşayış məntəqələri təbii qazla təmin edilmiş, fərdi yaşayış evlərinə içməli su xətti çəkilmişdir. Rayon mərkəzinə olan magistral yol asfalt örtüyü çəkilmiş, daxili məhəllə yolları çınqıl tökülərək təmir edilmişdir.

Keçidlər