Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının 2015-ci ilin birinci rübü ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir.
15 aprel 2015-ci il tarixdə Beyləqan rayonu Gənclər Mərkəzində Beyləqan rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, mətbuat işçiləri iştirak etmişlər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı V.Abdullayev tədbiri giriş sözü ilə açaraq Beyləqan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın regionlarında da dinamik inkişafdan bəhs etmişdir.2014-2018-ci illərdə regionların sosial-iqtisadi inşişafı barədə Dövlət Proqramı çərçivəsində Beyləqan rayonunda da xeyli işlər görülmüşdür.Rayonda xeyli sayda məktəb, inzibati bina tikilib istifadəyə verilmiş, abadlıq quruculuq işləri geniş vüsət almışdır.Tədbir digər iştirakçıların çıxışı ilə davam etmişdir.