Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

22 aprel 2015 | 15:00

Beylaqan rayonunda görkəmli oftolmoloq  Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 92-ci il dönümünə həsr edilən bir sıra silsilə tədbirlər keçirilib.
Beylaqan Gənclər Mərkəzində  məktəblilər arasında Zərifə Əliyevanın 92 ill ilə bagli rayon məktəbliləri arasında intellektual oyunu  keçirilib. Beylaqan Rayon İcra hakimiyyətinin  təşkilatçılığı , Azərbaycan prezidenti yanında Bilik fondununun, Mil intelektual  oyun kulubunun həmçinin İnnovativ Gənclər ictimai Birliyinin birgə layihəsi olan bu oyunda çıxış edənlər bildirdilər ki, təçkil olunan oyunlarda məqsəd məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını və asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir. Daha sonra keçirilən ümumrayon yığıncağında çıxış edən Beylaqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev görkəmli alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Cənab Vaqif Abdullayev Zərifə Əliyevanın anadan olmasının 92-ci il dönümünə həsr edilən silsilə tədbirlər zamanı intelektual oyunların və rəsm müsabiqələrinin qaliblərinə qiymətli hədiyyələr və qiymətli hədiyyələr təqdim etdi.

Keçidlər