Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda möhtəşəm konsert proqramı olmuşdur.

29 aprel 2015 | 15:00

24 aprel 2015-ci il tarixdə Beyləqan rayon Mərkəzi Stadionunda respublikamızın tanınmış incəsənət ustalarının iştiraı ilə “Lider” televiziyası vasitəsilə  canlı yayımlı konser olmuşdur.Konsertdə Beyləqan rayonu İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ərazisində yerləşən hərbi kontingent, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə “Lider” TV-nin aparıcıları tədbir iştirakçılarını “Bura Beyləqandır” adlı konsert proqramı ilə əlaqədar salamladılar.Vurğuladılar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizin hər guşəsində Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı uğurla həyata keçirilir.Eyni zamanda Beyləqanda da Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin rəhbərliyi ilə aparılan abadlıq-quruculuq işlərindən söz açdılar.
Bayram konsertində respublikamızın tanınmış incəsənət ustalarından xalq artistləri İlhamə Quliyeva, Gülyaz Məmmədova, Faiq Ağayev, tanınmış müğənnilərdən Elariz Məmmədov, Sevil, Sevinc bacıları və başqalarının ifaları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Konsert atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər