Şriftin ölçüsü :

Saytın rəngi :

“9 may Qələbə günü” Beyləqan rayonunda qeyd olunmuşdur.

09 may 2015 | 15:00

09 may 2015-ci ildə Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri bir qrup müharibə veteranları iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində yerləşən Böyük vətən müharibəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksinə gül-çiçək dəstələri düzmüşlər.Cənab Vaqif Abdullayev çıxışında Böyük Vətən müharibəsində qazanılmış qələbədə Azərbaycan döyüçülərinin misilsiz şücaətindən bəhs etmişdir.Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranları da onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə öz təşəkkürlərini bildirmişlər.
Sonda Vaqif Abdullayev Böyük Vətən müharibəsi veteranları Əli Quliyevə və Məmməd Məmmədova “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi” medalını təqdim etmişdir.

Keçidlər