Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr - Azərbaycan Xalqının ümummilli lideri, böyük xilaskar Heydər Əliyevin anım günüdür.

12 dekabr 2023 | 13:17
Hər il olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində adını daşıdığı parkda abidəsi böyük izdihamla ziyarət olunub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev başda olmaqla, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivi, şəhid ailələri, qazilər, hərbçilər, rayon ictimaiyyəti səhər saatlarından başlayaraq Heydər Əliyev adına parka gələrək, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir!
Keçidlər