Şriftin ölçüsü :

Saytın rəngi :

12.08.2025-ci il tarixdə Eyvazalılar kəndində səyyar qəbul-görüş keçirilib

12 avqust 2025 | 18:35
Beyləqan rayonunda əhalinin mövcud problemlərinin yerində öyrənilərək operativ həlli məqsədilə 12 avqust 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Eyvazalılar kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
 
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri və digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
 
Görüş iştirakçıları əvvəlcə Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini salamlayaraq Beyləqan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatı və infrastruktur sahəsində görülən işlər, həmçinin əhalini narahat edən əsas məsələlərin həlli ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib. Bildirilib ki, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcəkdir.
 
Görüş zamanı kənd sakinləri qaldırdıqları məsələlərlə bağlı onları narahat edən problemləri səsləndirib və müvafiq izahlar alıblar. Onların müraciətləri qeydə alınaraq nəzarətə götürülüb.
 
Eyvazalılar kəndinin sakinləri dövlət tərəfindən bölgələrə göstərilən diqqət və qayğıya, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafına yönəlmiş islahatlara görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər