15 iyun Milli Qurtuluş günü qeyd edildi
11 iyun 2015-ci ildə Beyləqan rayon İcra hakimiyyətinin başçsı cənab Vaqif Abdullayev hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə, məktəb direktorları, kənd ərazi İcra nümayəndələri, bələdiyyə sədirləri, rayon ictimaiyyətinin nümaindələri və mətbuat işçiləri ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin möhtəşəm abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş və onun xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliye mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsir edilmiş elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Beyləqan rayon İcra hakimiyyətinin başçsı cənab Vaqif Abdullayev xalqımızın xilaskar oğlu, Azərbaycanı xaosdan, anarxiyadan və vətəndaş qarşıdurmasından xilas etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının müstəqillik uğurunda mübarizəsində və Azərbaycanda müstəqil dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdi.