Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Polisin peşə bayramı qeyd olundu

02 iyul 2015 | 15:00

02 iyul 2015-ci il tarixdə Azərbaycan polisinin  peşə bayramı münasibəti ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev,rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Füzuli Şıxəliyev,  hüquq –mühafizə orqanlarının rəhbərləri  başda olmaqla  rayon Polis Şöbəsinin bütün əməkdaşları Heydər Əliyev Mərkəzinə gəlmiş ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül, çiçək dəstələri düzdülər xatirəsini ehtiramla yad etdilər.
Bayram tətbiri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclər Mərkəzində davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Əvvəlcə Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev polis əməkdaşlarını salamladı və 2 iyul polis günü münasibəti ilə bütün polis əməkdaşlarını təbrik etdi.

Keçidlər