Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Azərbaycan Milli Mətbuatının 140 illiyi qeyd olundu.

21 iyul 2015 | 15:00

21 iyul 2015-ci il tarixdə rayonumuzda fəalliyyət göstərən Heydər Əliyev Mərkəzində  Azərbaycan Milli mətbuatının 140 illiyi münasibəti ilə tədbir keçrilmişdir. Əvvəlcə  Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev, YAP Beyləqan rayon Təşgilatının sədri Rəfael Pəsiyev rayonda fəaliyyət göstərən  KİV-ni nümayəndələri, AYB-nin Beyləqan bölməsinin üzvləri, idarə müəssisə rəhbərli, rayon ictimaiyyətinin nümayəndələri ümumilli lider Heydər Əliyev abidəsi önünə gül, çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Abdullayev tədbiri açıq elan etdi və bütün mətbuat işçilərini Azərbaycan Milli mətbuatının 140 illiyi münasibəti ilə təbrik etdi. Cənab Vaqif Abdullayev 22 iyul 1875-ci ildə işıq üzü görən “ Əkinçi qəzetinin yaranma tarixindən, qəzetin banisi Həsən Bəy Zərdabinin xidmətlərindən geniş söz açdı.
Tədbirin sonunda bir qrup jurnalistə Beyləqan rayon İcra Hakimiyyətinin fəxri fərmanı, qiymətli hədiyyə  və pul mükafatı təqdim olundu.

Keçidlər