Beyləqan rayonunda 2015-ci ilin birinci yarım ilinin yekunlarına dair hesabat yığıncağı keçrilmişdir.
30 iyul 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclər Mərkəzində 2015-ci ilin birinci yarısının Sosial-İqtisadi inkişafının yekunları və qaşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçrilmişdir.
Yığıncaqda Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayon hüquq –mühafizə orqanlarının rəhbərləri idarə müəssisə və təşgilatlarının rəhbərləri, şəhər,kənd, və qəsəbə ərazi İcra nümayəndələri, bələdiyyə sədirləri iştirak etmişlər.
Yığıncağı Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq məruzə ilə çıxış etdi. iyul 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kobinetinin 2015-ci ilin birinci yarım ilinin Sosial-İqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçrilmişdir.
Dövlət başçısı qeyd etmişdir ki, Ölkəmiz bütün sahələrdə uğurla inkişaf edir. Belə ki, 6 ayda iqtisadiyyat 5.7 faiz artmış qeyri-neft sektoru 9.2 faiz, sənaye 4 faiz, kənd təsərüfatı istesalı 7.3 faiz artmışdır.
Cənab Vaqif Abdullayev onuda qeyd etdi ki, Beyləqan rayonunda 2015-ci ilin birinci yarım ilin ümumi məhsul buraxılışı 88.5 milyon manat, sənaye məhsullarının istesal həcmi 102 faiz, kənd təsərüfatı məhsullarının istehsal həcmi 54.2 milyon manat o, cümlədən bitgiçilik məhsulları 26.1 milyon manat, heyvandarlıq məhsulları istesalı 28.1 milyon manat olmuşdur.
Altı ay ərzində əsas Kapitala yönəldilmiş investisiyalar 12.9 milyon manat, tikinti quraşdırma işləri 12.3 milyon manat təşgil etmişdir.
Bütün bununla yanaşı şəhərimizdə yeni içməli su və konalizasiya sisteminin qurulması ilə əlaqədar dağılmış bir sıra küçə və yollarda Heydər Əliyev prospekti, S.Qazıyev, Magistral, R.Abbasov, M.Əzizbəyov, A.Əkbərov və s. küçələrdə asfalt örtüyü qoyulması işləri həyata keçrilmişdir.
Yekun olaraq cənab Vaqif Abdullayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrük daxili və xarici siyasətini dəstəkləyərək ətrafına sıx birləşəcək, onun siyasi iradəsinə əsaslanaraq bütün göstərişlərini, qərar və tapşırıqlarını dönmədən həyata keçirəciyik.