Beyləqan rayonu Allahyarlı və Yuxarı Kəbirli kəndlərində təbi qazın verilməsi ilə əlaqədar açılış mərasimi keçrilmişdir.
30 iyul 2015-ci il tarixdə Beyləqan rayonun Allahyarlı və Yuxarı Kəbirli kəndlərində mavi qazın açılış mərasimi olmuşdur. Beyləqan rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayev, rayon hüquq –mühafizə orqanlarının rəhbərləri Tərtər Regional Qaz istismar idarəsinin ümumi məsələlər üzrə müavini Kamal İsayev, rayonun idarə müəssisə və təşgilatlarının rəhbərləri, kənd sakinləri və ağsaqqalları mərasimdə iştirak etmişdilər.
Beyləqan rayon İcra hakimiyyəti başçısı cənab Vaqif Abdullayev işdirakçılar qarşısında çıxış etmiş, maye qazın kəndə çəklişi münasibəti ilə sakinləri təbrik etmiş və bütün bunlar Ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində ərsəyə gəldiyini söylədi.
Sonra cənab Vaqif Abdullayev çıxışını yekunlaşdırdıqdan sonar kəndin mərkəzində quraşdırılmış simvoliq qazın məşəlini alovlandırmışdır. Onuda qeyd edək ki, bu ilin iyun ayında Örənqala, Baharabad kəndlərinin sakinləridə maye qazın açılış mərasimlərinin sevincini yaşamışlar.