“ Beyləqan şəhərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması” lahiyəsi üzrə qrant müqaviləsi imzalanıb
18 Avqust 2015-ci ildə Beyləqan Şəhərindəki Gənclər Mərkəzində Yaponiya hökümətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçiriləcək “Beyləqan şəərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdirılması” lahiyəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, sonra Gənclər Mərkəzində yaradılan şəraitlə tanış oldular.
Mərasimdə çıxış edən Yerli idarə etmə Yardım gigyenik ictimai Birliyinin sədri Vüsal Mirzəyev bildirdi ki, lahiyə çərşivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərində yeni sanitar qovşağı tikilməklə şərait yaxşılaşdırılacaqdır.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev rayonda gedən abadlıq və quruculuq haqqında qonaqlara məlumat verdi, iki dost ölkə arasında əlaqənin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanda həyata keçirilən lahiyələrə görə Yaponiya hökümətinə Minnətdarlığını ifadə etdi.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşı bildirdi ki, lahiyənin məqsədi məktəblərdə yeni sanitar qovşağı tikməklə, tələbə və müəllim heyyəti üçün gigiyenik şəraiti təkmilləşdirməkdir.
Yaponiya höküməti indiyədək Beyləqan rayonunda iki lahiyə həyata keçirib və bu artıq 3-cü lahiyədir lahiyənin məbləği 90 min 300 ABŞ dolları təşkil edir. Məlumat üçün bildirilib ki; “Ot kökləri və insan Təhlükəsizliyi qrat yardımı “ proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması ilə bağlı ümumi dəyəri 17 milyon 405 min 023 ABŞ dolları olan 204 lahiyə üzrə qrant müqaviləsi imzalanıb.
BMT –nin Uşaqlara Yardım Fondu Təşkilatının (UNİSEF) Azərbaycan üzrə Təmsilçisinin müavini xanım Nafisa Binte Shafique bildirib ki UNİSEF Asiya İnkişaf Bankınin; yerli qurumların və qeyri hökümət təşkilatlarının dəstəyi ilə Ağdaş Ağcabədi və Beyləqan rayonun ümumtəhsil məktəblərində şagirdlərin gigeniya və sanitariya ilə bağlı biliklərinin artırılmasına dair treninqlər təşkil edilib.
Sonra səfir Tsuquo Takahaşi və Yerli idarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev lahiyə üzrə qrant müqaviləsini imzaladılar.