Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Qəhramanlı qəsəbəsində təbi qazın açılış mərasimi olmuşdur.

27 avqust 2015 | 15:00

27 Avqust 2015-ci ildə Beyleqan rayonun Qəhrəmanlı qəsəbəsində təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin və aparatın üzvləri; Azərqaz İstehsalat Birliyinin təmsilçiləri; ictimayətin nümayəndələri; kənd ağsaqqalları iştirak etmişlər.Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək kənd sakinlərini və qonaqları salamladı; təbii qazın verilməsi münasibəti ilə  kənd Sakinlərini təbrik etdi; təbii qazın həmişə xeyir işdə yandırılmasını arzuladı.  Cənab V.İAbdullayev onu da qeyd etdi ki; bütün bu işlərə görə ölkə başçımız Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Oqtay Qarayev çıxış edərək  bildirmişdir ki; 430 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24291 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilmiş 430 ədəd sayğac və fərdi tənzimləyici  quraşdırmışdır. Sonda qəsəbənin mərkəzində quraşdırılmış simvolik qaz məşəlini qəsəbənin baş həkimi Vəfa Həsənova alovlandırdı.

Keçidlər